ABŞ-dakı Ukrayna diasporu Rusiyanın bombaladığı uşaqlara diqqət çəkmək üçün mitinqlər keçirib.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, mitinqçilər bildiriblər Rusiya hər gün gələcəyimizi hədəfləyir, məktəblərə, xəstəxanalara və yaşayış binalarına hücum edir:
“Uşaqlarımızı qaçırırlar, ən yaxşı kişi və qadınlarımızı öldürürlər”.
Ukrayna diasporu ABŞ-ın hər yerində ölkələrinə dəstək və Rusiyanın təcavüzünü pisləyən aksiyalar keçiriblər. Bu aksiyalar ABŞ-ın qərb sahillərində - Sietl və San-Fransisko kimi şəhərlərdən mərkəzdə Çikaqo, Şərq Sahilində isə Vaşinqton və Nyu-Yorka qədər bir çox başqa yerlərdə keçirilib.