Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Diaspora.TV "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq.
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.