Tarix: 15.07.2024 / 10:04
Üç azərbaycanlı bir rusu ailəsinin gözü qarşısında döyərək öldürüb   - VIDEO

Üç azərbaycanlı bir rusu ailəsinin gözü qarşısında döyərək öldürüb - VIDEO

Moskva vilayətinin Jukovski şəhərində üç azərbaycanlı bir rus kişini arvadı və uşağının gözü qarşısında armaturla döyərək öldürüb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, azərbaycanlılar yol üzündən ailəyə hücum ediblər.

“Qazel” markalı avtomobildəki azərbaycanlı miqrantlar “Tiguan” markalı maşının sürücüsü ilə yol üstündə mübahisə ediblər. “Tiguan”ın içərisində ata, ana və uşaqdan ibarət ailə olub.

Rusiya mediası öldürülən rusun arvadına istinadən bildirir ki, guya “Tiguan”ın sürücü “Qazel”ə yol versə də azərbaycanlılar maşından düşüb sürücünü armaturla döyüblər. Hətta üç nəfərdən birinin ailə başçısının başına təkər düzəldən dəmirlə vurduğu deyilir.

Təcili yardımın gəlməsinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq üç şübhəlidən ikisini saxlayıblar.


Şərhlər

Yaz...