Tarix: 30.10.2024 / 16:31
Diasporumuz Türkiyə Cümhuriyyətinin 101 illiyinə    həsr olunmuş tədbirdə iştirak edib

Diasporumuz Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) fəalları Türkiyənin Ukraynadakı səfiri Levent Bilgənin dəvətilə qardaş ölkənin 101 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, tədbirdə UABD-ni sədr müavini Elşad İbrahimov və Xarkovda fəaliyyət göstərən "Dostluq" təşkilatının rəhbəri Murad Ömərov təmsil edib.

Tədbirdə çıxış edənlər Türkiyə Cümhuriyyətin yaranması və keçdiyi şərəfli tarixi yol haqqında danışıblar.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev və diplomatlarımız da iştirak edib.



Şərhlər

Yaz...