Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyi və Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyətinin təşəbbüsü ilə Kiyevin Beynəlxalq Mədəniyyət və İncəsənət Mərkəzi Həmkarlar İttifaqının akt zalında Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, müxtəlif ölkələrin bayraqlarıyla bəzədilən akt zalında Ukraynann azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın adları olan stend qoyulub.
Tədbirdən öncə iştirakçılar Kiyevinn “Mixaylovski” meydanında Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olanları bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Fəxri qonaqlar qismində - Ukrayna veteranlarının işi üzrə nazir Nataliya Kalmikova, nazir müavini Yuliya Kirillova, Kırım-tatar xalqının lideri Mustafa Cəmilov, Kırım-tatar Məclis başqanı Refat Cubaryov, Ali Radanın deputatları - Mixail Bondar, Yeqor Cernyev, Anatoli Ostapenko, Müdafiə Nazirliyi Baş Qərargahının Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitləri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov, Ukraynada yaşayan azərbaycanlı alimlər - Fərhad Turanlı, Arif Quliyev, Çeçen könüllü batalyonu komandirləri, Gürcü milli legionu komandirləri, Kırım-tatar könüllü batalyonunun şəxsi heyəti iştirak ediblər.
Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyətnin həmsədri Vidadi İsrafilov qonaqları salamlayıb və tədbirin mahiyyətindən danışıb, təşkilatın müharibə dövründə həyata keçirdiyi layihələrdən bəhs edib.