Noyabrın 30-da Türk Dünyası Mədəniyyət və İncəsənət Nəşriyyatı TÜRKSAN Qafqaz Universiteti, İsveç Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlıları Platforması, Eskişehir Azərbaycanlıları Dərnəyi ilə birgə qadın problemlərinə həsr olunmuş elmi konfrans keçirəcək. Konfrans onlayn formatda-ZOOM platforması vasitəsilə reallaşacaq.
Bu barədə Diaspora.TV-yə Beynəlxalq Kadrlar Akademiyasının (UNESCO) fəxri professoru,
türk dünyasi mədəniyyəti ve sənət nəşriyat evi TÜRKSAN-ın direktoru Ellada Gərayzadə məlumat verib.
O, bildirib ki, konfransda aşağıdakı mövzular müzakirə olunacaq:
• Qadın və ailə
• Qadınlar və elm
• Qadın şair və yazıçılar
• Qadın və müharibə
• Qadının cəmiyyətə verdiyi töhfə
• Qadınlar və ədəbi mühit
• Qadınların cəmiyyətin inkişafına və sosial dəyişikliklərə təsiri
TÜRKSAN birgə konfransın keçirilməsinə dəstək verilməsi xahişi ilə universitetlərin rəhbərliyinə müraciət edib. Konfransın yekunu üzrə elektron jurnal nəşr olunacaq (elger-etm.com saytında).
Kolleksiyada ümumi məlumatlar ingilis, müəllif məlumatları və elmi əsərlər isə orijinal dildə nəşr olunacaq. Kolleksiyaya Beynəlxalq Standart Nömrə (ISBN) veriləcək. Məqalələr toplusunda konfransda iştirak edən universitetlərin loqolarından istifadə olunacaq. Bununla bağlı birgə konfransda iştirak edən bütün strukturlardan icazə alınıb.
Universitetlərin əməkdaşları öz tezislərini, məqalələrini pulsuz dərc etmək imkanı əldə edəcəklər.