Tarix: 06.05.2024 / 13:06
Türkmənistanda...    - Plov, dovğa, dolma, qutablar, paxlava və şəkərbura təqdim olundu

Türkmənistanda... - Plov, dovğa, dolma, qutablar, paxlava və şəkərbura təqdim olundu

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxi nümunələri təqdim edilib.

Ölkəmizin Türkmənistandakı səfirliyindən Diaspora.TV -yə bildirilib ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.

Festivalda, həmçinin Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.



Şərhlər

Yaz...