Tarix: 28.12.2024 / 09:56

Türkmanlar İraqda niyə sakit siyasi həyatdan uzaq qalıblar?

Diaspora.TV-də yayımlanan "Azərbaycanlılar dünyada" verilişində İraq türkmanları haqqında silsilə verilişlər hazırlayırıq.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev bir neçə silsilə verilişdə İraq türkmanlarının az tədqiq olunan müxtəlif tərəflərini izləyicilərimizə təqdim edir.

Bu gün təqdim olunan verilişdə müasir dövürdə türkmanların ictimai-siyasi proseslərdə iştirakları haqqında məlumat verəcəyik.

1918-ci ildə İraq ərazisi tamamilə Osmanlı dövlətindən ayrıldı. Sərhəddə yaxın bir neçə ərazi mübahisəli olaraq qalsa da, 1926-cı il "Ankara" sazişi ilə həmin yerlər də rəsmi olaraq İraqa verildi və bununla da türkmanların türk dünyası ilə əlaqəsi, demək olar ki, kəsildi.

1918-1921-ci illər İraqda işğal dövrü kimi tarixə düşdü. Bu illər ərzində ölkə işğalçı ingilis qüvvələri tərəfindən idarə olundu. 1921-ci ildə isə İraq ərazisində Krallıq hakimiyyəti quruldu və bu hakimiyyətdə qeyri-rəsmi şəkildə ingilislər tərəfindən idarə olunurdu.

Türkmanlar vaxtilə İraqda hakim millət olsa da, Türkiyədə ayrılmaqla milli azlıq təşkil etdilər. Türkmanlara olan münasibət də kökündən dəyişdi. İraq türkləri ölkənin bütün ərazisində sıxışdırılmağa başlandı.

1957-ci ildə ölkə Respublika idarə üsuluna keçilsə də, türkmanlara olan münasibət dəyişmədi. Əsas da BƏƏS Partiyasının hakimiyyətə gəlməsi və Səddam Hüseynin diktatura rejimi qanlı hadisələrə yol açdı.

2003-cü ildə ABŞ İraqı tərk etdikdən sonra ölkə federativ idarə üsuluna keçdi. Hazırda türkmanların yaşadığı ərazilərin böyük əksəriyyəti kürdlərin idarə dairəsindədir. Ölkəyə, əsasən də türkmanların yaşadığı yerlərə xarici müdaxilələr günün reallığına çevrilib. Bu ərazilərdə Qərbin, İranın və Türkiyənin maraqları toqquşur. Bu baxımdan 1 əsrdən çoxdur ki, türkmanlar İraqda sakit və stabil siyasi həyatdan uzaq qalıblar.

Şərhlər

Yaz...