Tarix: 18.04.2024 / 17:34
Türkman soydaşlarımızla bizi tarixi yaddaş bağlayır- İnstitut rəhbəri

Türkman soydaşlarımızla bizi tarixi yaddaş bağlayır-İnstitut rəhbəri

“Türkman soydaşlarımızla bizi daim tarixi əlaqələr, yaddaş bağlayır”.

Diaspora.TV AMEA-ya istinadən xəbər verir ki, bu fikirləri Fəlsəfə və Sosiologiya İnstitutun direktoru, professor İlham Məmmədzadə deyib. O, “İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı vurğulayıb ki, biz türkmanlarla eyni mədəniyyət və tarixi köklərin daşıyıcılarıyıq:

“Bunu apardığımız tədqiqatlarda aydın görə bilərik. Düşünürəm ki, keçirilən konfranslar ölkələr arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək. Bizim əsas məqsədmizdən biri isə Türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir”.

İnstitutun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli isə türkmanlar və Azərbaycan xalqı arasında olan tarixi faktlardan, iki ölkə arasında bu günə qədər bağlanan saziş və müttəfiqliklərdən danışıb:

“Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev də hər zaman vurğulayıb ki, İraqda yaşayan türkman soydaşlarımızla Azərbaycan xalqı sanki bir bütövün parçasıdır. Bu irsi araşdırarkən görürük ki, eyni mədəniyyət, eyni soy-kök bizi bir-birinə bağlayır. Fəlsəfə və Sosiologiya İnstitutu olaraq qarşımızda duran əsas məqsədlərdən biri də mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməyə dəstək olmaqdır”.

Tədbirdə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mutaz Muhyi Əbdülhəmid, Türkman Mədəniyyət Mərkəzinin müdiri, “Türkmən Eli” jurnalının baş redaktoru Sabah Kərküklü çıxış ediblər və iki ölkə arasındakı dostluq münasibətlərindən danışıblar.

Sonda Mutaz Muhyi Əbdülhəmid Şuşa ilə bağlı nəşr olunan kitabını institut rəhbərliyinə təqdim edib.

Şərhlər

Yaz...