Tarix: 14 Avqust 2024 16:26 | Baxış sayı: 438
Türkiyəyə getmək istəyən  soydaşlarımızın nəzərinə:  Qaydalar dəyişir

Türkiyəyə getmək istəyən soydaşlarımızın nəzərinə: Qaydalar dəyişir

Türkiyə ABŞ və Böyük Britaniyada olduğu kimi ölkəyə daxil olanlardan barmaq izlərinin götürülməsini nəzərdə tutan miqrasiyaya nəzarət sistemi tətbiq etmək niyyətindədir.

Diaspora.TV xəbər verir ki, bunu “Sabah”a açıqlamasında Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib .O, yeni sistemin tətbiqi vaxtını dəqiqləşdirməyib.

Nazir Türkiyə ilə vizasız rejim tətbiq edən dövlətlərin vətəndaşlarının ölkəyə turist kimi daxil olması və 6 aydan sonra yaşamaq üçün icazə istəməsi praktikasından narazılığını bildirib.

O qeyd edib ki, Türkiyədə yaşamaq üçün müraciət edən əcnəbilər öz vətənlərinə qayıtmalı və oradan iş icazəsi üçün müraciət etməlidirlər.

"Mənə niyyətlərinizdən danışın, mən də onlara uyğun olaraq sizə yaşayış icazəsi verim”, - deyə Əli Yerlikaya bildirib.

Digər bir yenilik isə yaşayış icazəsinin notariuslardan alınması imkanları olacaq. Xarici tələbələr öz universitetlərinin tələbə şöbələrində yaşayış icazəsi ala biləcəklər. Yerlikaya, Miqrasiya İdarəsi kəşfiyyat məlumatları və digər alqoritmləri nəzərə alaraq bu prosesi başa çatdıracaq.

Türkiyə hakimiyyəti ölkədə müvəqqəti qoruma statusu almış şəxslərə çipli şəxsiyyət vəsiqələrinin verilməsinə də başlayacaq.

Yerlikaya qeyd edib ki, bu, ilk növbədə Suriya vətəndaşlarına aiddir.

Artıq belə sertifikatların istehsalına başlanılıb. Nazirin sözlərinə görə, onları saxtalaşdırmaq mümkün deyil.


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır