Son illər türk lirəsinin ucuzlaşması Azərbaycan valyutasını Türkiyənin milli valyutası qarşısında daha dəyərli edib. Son dalğalanma ilə manat TL qarşısında rekord qıraraq 20 lirəni keçib.
Diaspora.TV xəbər verir ki, bu dəyişikliyi vurğulayan Türkiyə mediası iddia edir ki, 1 manat 20 lirə olandan sonra Azərbaycan vətəndaşları alış-veriş üçün Türkiyəyə axışıb. Valyutası bahalaşan Azərbaycan vətəndaşları kütləvi şəkildə İğdıra gəlir, alış-veriş edir və öz ölkələrinə qayıdırlar.
Qeyd olunur ki, manatın simvolu ortada bir xətt olan və aşağıya baxan avro simvoluna (€) bənzəyir. Azərbaycan manatının dizayneri avstriyalı Robert Kalinadır.
Bu dizayner həm də avro və Suriya funtunu tərtib edən şəxsdir. Bu səbəbdən əskinaslar üzərində motiv seçiminin avrodan ilhamlanaraq oxşar olduğu bildirilir.