Türkiyənin məşhur ailələrindən Gülmanlara azərbaycanlı gəlin gedir. İş adamı Kamal Gülman arvadından boşanmasından az müddət sonra onun oğlu Aslanın evlənmək istəməsi barədə xəbər yayılıb.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, o, gələcək xanımı ilə Fransanın Sent-Trope kurort şəhərində tanış olub. O artıq özü ilə eyni yaşda (28) olan Məryəm Mehdiyevaya evlənmək təklifi edib, azərbaycanlı sevgilisini boşanmış valideynləri ilə tanış edib.
Türkiyəli kürəkən Məryəm xanıma evlənmək təklifini Afinada edib, nişan mərasimi isə sentyabrın 15-də, gəlinin valideynlərinin - Mehdiyevlər ailəsinin yaşadığı Moskvada baş tutacağı qeyd edilir.