Tarix: 27 Sentyabr 2024 13:34 | Baxış sayı: 411
Türk iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı  - FOTO

Türk iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTO

Xəbər verdiyimiz kimi, azərbaycanlı xanım Türkiyənin məşhur ailələrindən olan Gülmanlara gəlin gedir.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, Aslan Kamal Gülman və sevgilisi Məryəm Mehdiyeva dünən axşam Moskvada yalnız ailə üzvlərinin iştirak etdiyi sadə mərasimlə nişanlanıblar.

Aslan Kamal Gülmanın anası Feryal Gülmanın və bir neçə ailə üzvünün də qatıldığı nişanda gəlin Məryəm Mehdiyevanın bütün ailəsi iştirak edib. Bu xoş gündə oğlunun yanında olan Feryal Gülman çox xoşbəxt olduğunu bildirib, toyun gələn il olacağının anonsunu verib.

Xoşbəxtliyi gözlərində əks olunan Aslan Kamal Gülman və sevgilisi Məryəm Mehdiyeva bütün qonaqların alqışları altında nişan tortunu kəsiblər.

Qeyd edək ki, azərbaycanlı gəlin Məryəm Mehdiyeva Londonda təhsil alıb və Biznesin idarə olunması fakültəsini bitirib.




Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?