Tarix: 14.10.2024 / 13:20
Türkiyəli nazirdən “Zəngəzur dəhlizi”   ilə bağlı xoş xəbər

Türkiyəli nazirdən “Zəngəzur dəhlizi” ilə bağlı xoş xəbər

Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.

Diaspora.TV xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal 7”-yə müsahibəsində deyib.

O bildirib ki, birinci halda dəhlizin uzunluğu 61, ikinci halda isə 43 km olacaq.

“Zəngəzur dəhlizi” Bakı-Tbilisi-Qars xəttinə alternativdir və bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfində mühüm hissələr tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində isə 224 km-lik yolun tenderini keçirmişik, daha sonra tikintiyə başlayacağıq”, - deyə o, bildirib.

“Dəhliz İran və ya Ermənistandan keçəcək, tərəflərlə bu danışıqları birbaşa Azərbaycan aparır. İlkin olaraq İran məsələsində müəyyən irəliləyiş əldə olunub və son günlər Ermənistan tərəfi ilə bağlı inkişaf var ki, bu da yaxın günlərdə bəlli olacaq”, - deyə Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, yaxın gələcəkdə onlar Azərbaycandan keçən ən qısa dəhlizlə türk dünyasına qoşulacaqlar.


Şərhlər

Yaz...