Tarix: 14.10.2024 / 11:44
Türkiyəli həkimlər azərbaycanlı həkimlərə    təlim keçib

Türkiyəli həkimlər azərbaycanlı həkimlərə təlim keçib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanda həkimlər üçün “Əməliyyatdan Sonra Baxım Təlimi” təşkil edib.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, TİKA və Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə 07-12 oktyabr tarixlərində Bakı, Sumqayıt və Lənkəran şəhərlərində keçirilən “Maye elektrolitlə reanimasiya, qidalanma, şok müalicəsi” təlim proqramında 70 azərbaycanlı həkim təlim keçib.

Təlim proqramında iştirak edən həkimlər maye elektrolitlə reanimasiya, qidalanma və şok müalicəsi haqqında məlumat əldə edib.

Bakıda keçirilən sertifikat mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB rəsmiləri, xəstəxana rəhbərləri və həkimlər iştirak edib.

Hayrettin Özçelik bildirib ki, TİKA Azərbaycanda fəaliyyətə başladığı gündən bu yana 132 sağlamlıq layihəsi həyata keçirib. Özçelik qeyd edib ki, bundan sonra da Azərbaycan səhiyyə işçilərinin bilik və təcrübəsini artırmaq üçün təlim layihələrini davam etdirəcəklər.

Yıldırım Beyazıt Universiteti Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasının Təhsil şöbəsinin müdiri dosent İsmayıl Ağababaoğlu əməliyyatdan sonrakı baxım və cərrahiyyə təcrübələrini azərbaycanlı həkimlərlə bölüşdüklərini bildirib.

Şərhlər

Yaz...