BMT-nin Azərbaycanda keçirəcəyi COP29 İqlim Sammitində Türkiyəni təmsil edən aktyor Engin Altan Düzyatanın iştirakı qardaş ölkədə “ləyaqət” müzakirələrinə səbəb olub.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin (COP29) 29-cu sessiyasında Türkiyəni təmsil edəcək şəxs kimi Düzyatan seçilib.
Konfransda İqlim Dəyişikliyi Məsləhət Komitəsində Türkiyəni təmsil edən Engin Altan Düzyatanın təyin edilməsi mübahisələrə səbəb olub.
TRT-nin "Diriliş Ertuğrul" serialında baş rolda oynayan və mühafizəkar seqmentə yaxınlaşdığı iddiaları ilə gündəmə gələn Düzyatanın seçilməsi ilə bağlı Türkiyənin Odatv xəbər saytı maraqlı iddia ilə çıxış edib. Saytın xəbərinə görə, 21 üzvdən ibarət komitədə Düzyatanın iştirak xahişinin Azərbaycan hakimiyyətindən gəldiyi öyrənilib:
"Azərbaycan tərəfi onu türk seriallarından tanıdıqları və ölkələrində məşhur adlardan birinə çevrildiyi üçün bu təyinatı edib".