Türkiyə Statistika Təşkilatı (TÜİK) inflyasiya xəbərləri bülletenindəki cədvəllərdə dəyişiklik edib.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, cədvəllərə siyahıda olan məhsulların aylıq dəyişmələri ilə yanaşı, illik dəyişmə dərəcələri də daxil edilib.
Cədvəllərə görə keçən ay ən yüksək qiymət artımı 50,4 faizlə tələbə yataqxanalarında yaşama qiymətlərində alınıb. Bu rəqəmi 34,25 faiz artımla yumurtanın qiymətləri izləyir.
Sentyabrda ən yüksək qiymət artımı qeydə alınan digər məhsullar arasında 23,86 faizlə uşaq baxımı xidmətləri (uşaq bağçaları), 18,65 faiz ilə təzə balıq, 12,74 faizlə avtobusla şəhər sərnişin daşımaları olub.
Keçən ay ən böyük qiymət azalması 4,31 faizlə şəxsi aksesuarlarda olub. Bunu 3,93 faizlə mobil telefonlar, avadanlıq və aksesuarlar, 3,67 faizlə səhər yeməyi məhsulları, 3,36 faizlə hava nəqliyyatı ilə sərnişin daşımaları izləyib.