Tarix: 23.12.2024 / 12:07
Azərbaycanlının asqırması   qəzaya səbəb oldu

Azərbaycanlının asqırması qəzaya səbəb oldu

Türkiyədə iki azərbaycanlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Diaspora.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün axşam saatlarında Bursa şəhərinin İnegöl rayonunda olub.

“Fiat” markalı avtomobilin sürücüsü Əli adlı azərbaycanlı asqırması səbəbindən idarəetməni itirərək yolun kənarındakı beton divara çırpılıb. Qəza nəticəsində sürücü və yanında əyləşən həyat yoldaşı Gövhər xanım xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Şərhlər

Yaz...