Tarix: 26.12.2024 / 16:13
Türkiyədə yaşayan azərbaycanlı müğənnidən   qəza ilə bağlı paylaşım

Türkiyədə yaşayan azərbaycanlı müğənnidən qəza ilə bağlı paylaşım

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirdiyi deyilən 13 yaşlı Məhəmmədəli Eqanovla bağlı paylaşım edib.

Diaspora.TV xəbər verir ki, İ.İbrahimova paylaşımda yazıb:

"Can körpə, tək başına qaldın. Kim bilir, nələr yaşadın. Allah ailənə böyük səbr versin. İçimiz yenə yandı".



Qeyd edək ki, M.Eqanovun öldüyü ilə bağlı xəbərlər yayılsa da, ailəsi hələlik onunla bağlı heç bir məlumat ala bilmədiyini açıqlayıb.

Xatırladaq ki, Bakının Xətai rayonunda yaşayan M.Eqanov 27 nömrəli tam orta məktəbin 8d sinifində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyətcə çeçen, atası azərbaycanlıdır. O, Yeni il bayramını anası ilə birgə qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.

Əlavə olaraq qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Şərhlər

Yaz...