Tarix: 30.09.2024 / 11:00
Türkiyədə şəhidlərimizin xatirəsi ağacəkmə kampaniyası    ilə anılıb

Türkiyədə şəhidlərimizin xatirəsi ağacəkmə kampaniyası ilə anılıb

Türkiyədə şəhidlərimizin xatirəsi ağacəkmə kampaniyası ilə anılıb. İkinci Qarabağ Müharibəsinin dördüncü ildönümü və Vətən Müharibəsi Şəhidlərinin Anım Günündə Türkiyənin Kocaeli şəhərinin Gölcük rayonunda Azərbaycan Qardaşlıq Xatirə Parkında yeni tinglər əkilib.

Diaspora.TV xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Kocaeli Böyükşəhər Bələdiyyə sədrinin müavini Berna Abiş, Gölcük Bələdiyyə Başçısı Ali Yıldırım Sezər və Gölcükdən olan sakinlər iştirak ediblər.

Ağacəkmə kampaniyası Kocaeli Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunub.

“Bütün şəhidlərimizin, başda Qarabağın vətənə qovuşması üçün canını fəda edən 2 min 908 şəhidimizin əziz xatirəsi qarşısında ehtiramla baş əyirəm, bütün şəhidlərimizi rəhmətlə yad edirəm", -Gölcük Bələdiyyə Başçısı Əli Yıldırım Sezər deyib.

Digər çıxış edənlər də şəhidlərimizin əziz xatirəsini yad edib, qazilərimizə minnətdarlıq bildirilib.


Şərhlər

Yaz...