Kartepedə iş yerindən 51 min TL dəyərində paltar oğurladıqları müəyyən edilən 3 azərbaycanlı polis qrupları tərəfindən saxlanılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məsələ ilə bağlı Kocaeli Polis İdarəsi əməkdaşlarının başlatdığı araşdırmalarda H.M., E.T.C və R.A adlı Azərbaycan vətəndaşları hadisədə şübhəli şəxs qismində tutularaq saxlanılıb.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilər tutularaq həbsxanaya göndərilib.