Mühacir qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Türkiyənin Balıkəsir İl Jandarma Komandanlığı Ayvalık və Edremit rayonlarının sahil və körfəzlərində əməliyyatlar həyata keçirib.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, nəticədə bir nəfər mühacir qaçaqmalçısı və 55 qeyri-qanuni mühacir tutulub.
Əməliyyatlar zamanı 23 Əfqanıstan, 14 Fələstin, 9 Çad, 4 Sudan, 2 Yəmən, 1 Somali, 1 Azərbaycan və 1 Efiopiya vətəndaşı saxlanılıb.