Türkiyənin Zonguldak rayonunda tələbələrin qaldığı evdə elektrik yorğanının səbəb olduğu yanğın baş verib. İki tələbə tüstüdən zəhərlənib, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Diaspora.TV Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən rayonun Universitet prospektinə yerləşən yaşayış binasının 5-ci mərtəbəsində elektrik yorğanının təsirindən yanğın baş verib.
Tüstü qalxanda hadisə yerinə sağlamlıq, polis və yanğınsöndürmə briqadaları göndərilib. Hadisə yerinə gələn həkim briqadalarının ilk müdaxiləsindən sonra yanğın baş vermiş mənzildə köməksiz vəziyyətdə qalaraq tüstüdən zəhərlənmiş azərbaycanlı tələbələr M.M. və S.İ. A Atatürk Dövlət Xəstəxanasına aparılıb.
Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın qısa müddətdə söndürülüb.
Müalicə olunan tələbələrin vəziyyətinin yaxşı olduğu öyrənilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.