Tarix: 06 Sentyabr 2024 12:30 | Baxış sayı: 218
İstanbulda azərbaycanlının avtomobili yandı, yollar bağlandı...  - VİDEO

İstanbulda azərbaycanlının avtomobili yandı, yollar bağlandı... - VİDEO

İstanbul şəhərində E-5 magistralının Esenyurt istiqamətində hərəkət edən avtomobil naməlum səbəbdən yanıb.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, yanğında xəsarət alan olmasa da, Ədirnəyə gedən D-100 şosesi bir müddət bağlanıb. Yanğın saat 13.30 radələrində E-5 şosesi, Mövlana Məhəlləsində baş verib.

Azərbaycan əsilli Hakim S -in idarə etdiyi 99 TG 797 xarici dövlət nömrə nişanlı avtomobil E-5 şosesi ilə Avcılardan Büyükçekmece istiqamətində hərəkət edərkən naməlum səbəbdən mühərrik hissəsindən tüstü çıxmağa başlayıb. Sürücü avtomobildən düşərək uzaqlaşıb.

Hadisə yerinə polis və yanğın söndürənlər cəlb olunub. Yanğın söndürülüb və avtomobil evakuatorun köməyi ilə hadisə yerindən çıxarılıb.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır