Sarıyer Ticarət Mərkəzinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı diplomatdan 70 kiloqram qızıl götürüldüyü iddia olunur.
Diaspora.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qaçaqmalçılıqla bağlı cinayətlərə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat çərçivəsində diplomat olduğu iddia olunan Azərbaycan vətəndaşı M.G.Ş. Sarıyer Ticarət Mərkəzinin qarşısında taksidə saxlanılıb.
Azərbaycanlı diplomat M.G.Ş.qeyd olunan məhsulların ona məxsus olduğunu etiraf edib.
Məsələ ilə bağlı məhkəmə prosesi davam etdirilir.