Tarix: 07.10.2024 / 16:00
Türkiyədə Azərbaycanın tikdirdiyi binalarda   işlər nə yerdədir?

Türkiyədə Azərbaycanın tikdirdiyi binalarda işlər nə yerdədir?

Əsrin zəlzələ fəlakətinin episentri olan Kahramanmaraşda tikinti işləri sürətlə davam edir.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, zəlzələnin ilk anından bütün komandaları ilə Türkiyəyə gələrək böyük fədakarlıq nümayiş etdirən qardaş Azərbaycan hökumətinin tikdirdiyi binalarda işlər daha da sürətlənib.

Mərkəzi Onikişubat rayonunda, əvvəllər Hayrullah kimi tanınan Azərbaycan rayonunda ümumilikdə 1110 yaşayış evi və 766 ticarət obyektinin tikintisi davam etdirilir. Bunlardan 453 yaşayış evi və 328 kommersiya obyekti Azərbaycan hökuməti tərəfindən tikilir. Tikinti meydançalarında işlər 24 saat fasiləsiz davam etdirilir.

Xatırladaq ki, binaların sürətlə yüksəldiyi bir vaxtda 20 sinifli ibtidai məktəb və 3 otaqlı uşaq bağçasından ibarət Heydər Əliyev adına ibtidai məktəbin tikintisi başa çatdırılaraq rayonun Milli Təhsil Müdirliyinə təhvil verilib.

Şərhlər

Yaz...