Tarix: 17.07.2024 / 15:29
Türkiyədə 7,5 milyon dollarlıq alış-veriş edən   azərbaycanlı kimdir?

Türkiyədə 7,5 milyon dollarlıq alış-veriş edən azərbaycanlı kimdir?

Azərbaycanlı turist Türkiyədə “Duty-Free” mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib.

Bunu Türkiyənin “Duty-Shop Tax Free” mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan “Global Blue” şirkətinin baş direktoru Selim Şeyxun deyib.

“Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (12,7 milyon manat-red.). O bu məbləğə saatlar və zinət əşyaları alıb”, - şirkət rəhbəri qeyd edib.

Turistin Türkiyəyə böyük ehtimalla Azərbaycandan gəldiyi bildirilib./Qafqazinfo

Şərhlər

Yaz...