Tarix: 11.12.2024 / 09:49
"Türkiyə Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları dəstəkləyir" -    Hakan Fidan

"Türkiyə Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları dəstəkləyir" - Hakan Fidan

"Türkiyə Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqları dəstəkləyir".

Diaspora.TV "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı bildirib.

Mühüm açıqlamalar verən nazir sülh danışıqlarının son mərhələyə daxil olduğunu vurğulayıb.

"Cənubi Qafqaz regionunda sülh üçün ümid işığı var. Biz Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasında son nöqtəyə gəlmişik. Ölkəmiz bu istiqamətdə aparılan ikitərəfli danışıqları dəstəkləyir", - deyə Hakan Fidan bildirib.


Şərhlər

Yaz...