Tarix: 05.09.2024 / 08:20
Türkəm dediyinə görə  gənc azərbaycanlıya    hücum edilib

Türkəm dediyinə görə gənc azərbaycanlıya hücum edilib

Güney Azərbaycanın Mərənd şəhərindən olan gənc paralimpiya idmançısı Zəhra Rəhimi tarixi uğur qazanaraq para-tekvando sahəsində gümüş medal qazanıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Rəhimi bu nailiyyətini qeyd edərək tanınmış türk repçisi Payam Türkün “Mənəm Türk” mahnısından bir parça ilə yarış görüntülərini sosial şəbəkələrdə paylaşıb. Ancaq bu paylaşım dərhal türk düşməni irqçi farsların hücumu ilə qarşılaşıb. Bu qruplar, etnik və irqi fanatizmlərinə görə türk kimliyinin ifadəsini qəbul etməyərək, Zəhra Rəhimini ağır təhqir ediblər. İran hökumətinin əlaqədar qrumlarının bu irqçi qrupları dəstəkləməsi və onların təzyiqlərinə göz yumması nəticəsində Zəhra Rəhimi “Mənəm türk” yazdığı paylaşımı silmək məcburiyyətində qalıb.

Daim türklərin himayəsində olub və onların hakimiyyəti altında heç bir təzyiqlə qarşılaşmadan yaşayan farslar, müasir dövrdə irqçi yanaşma sərgiləyib və türklərin varlığını belə inkar edirlər.

Şərhlər

Yaz...