Tarix: 30.09.2024 / 09:50
Burak Özçivitin Rusiyadakı    sirri nədir?

Burak Özçivitin Rusiyadakı sirri nədir?

Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiyanın “Yolki-11” filmindəki rolundan danışıb.

Diaspora.TV xəbər verir ki, ötən gün türkiyəli superulduz Soçiyə səfər edib. Son zamanlar Özçivit tez-tez Rusiyaya səfər edir, bir çox layihələrdə iştirak edir və reklam çarxlarında rol alır.

“İlk dəfə idi ki, bir rus serialında rol alırdım, onlar mənə təklif edəndə dərhal razılaşdım. “Yolki” Rusiyada yeni il üçün nəzərdə tutulan filmdir və “Yolki”ni Türkiyədə çəkməyi təklif etdim”, - deyə Burak bildirib.

Aktyor qeyd edib ki, rus filmində kiçik rolu var və bu da onun başqa bir layihədə - Türkiyədə çəkilişləri ilə bağlıdır. Lakin o, növbəti “Yolki”də mümkün iştirakının daha geniş olacağına əmin olduğunu bildirib.

Pərəstişkarları bildirilər ki, hətta “Yolki”də mikro görünüş üçün türk məşhura böyük qonorar ödənilib, baxmayaraq ki, hansı məbləğdən söhbət getdiyi barədə məlumat verilmir. Yeni “Yolki” filminin çəkilişləri Tatarıstanda aparılır.

Film dekabrın ortalarında təqdim olunacaq. Yeri gəlmişkən, oktyabrın 10-da Özçivit Moskvaya qayıdacaq və daha bir “Türk serialının musiqisi” adlı film-konserti verəcək. Analoji tədbir bu ilin fevralında böyük uğurla keçirilib.

Şərhlər

Yaz...