Tarix: 22.08.2024 / 12:06
Türk məşqçi “Yanq Boyz”la cavab oyununa azərbaycanlı hakim   tələb etdi

Türk məşqçi “Yanq Boyz”la cavab oyununa azərbaycanlı hakim tələb etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Qalatasaray"ın İsveçrə təmsilçisi "Yanq Boyz"a 3-2 hesabı ilə məğlub olmasının ardından sarı-qırmızılı komandanın baş məşqçisi Okan Buruk açıqlama verib.

Diaspora.TV xəbər verir ki, məşqçi görüşdən sonra təşkil olunan mətbuat konfransında oyunu dəyərləndirib.

O.Buruk oyunun baş hakimi Daniel Siebertdən narazı qalıb. O, görüşün İsveçrənin Almaniya kantonunda keçirildiyini xatırladaraq, bu matça almaniyalı hakimin təyin edilməsinin səhv olduğunu vurğulayıb:

"Mən tribunada idim. Oradan seyr edərkən hakimin idarəçiliyi məni narahat etdi. Lazımsız vərəqələr göstərdi. Bir vərəqəni yazmağı iki dəqiqə vaxt apardı. İsveçrənin Almaniya kantonundayıq və matçı almaniyalı hakim idarə etdi. İnşallah, cavab oyununa da azərbaycanlı bir hakim təyin edərlər və vəziyyət bərabərləşər".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 27-də İstanbulda keçiriləcək.








Şərhlər

Yaz...