Rus-türk melodramında baş rolda çəkilən məşhur rus aktrisası Yelena Şilova İstanbuldan yeni qayıdıb.
Diaspora.TV xəbər verir ki, Yelena orada gördüklərindən ağız dolusu danışsa da, türk kişilərinin temperamentli olması barədə deyilənlərlə razılaşmır:
“Məncə, bütün insanlar fərqlidir. Burada Rusiyada da belə xasiyyətlilərə rast gəlirik. Biz belə bir şey görmədik. Mən çəkiliş zamanı bir çox insanın adi tətildə qarşılaşdığı deyil, deyək ki, tamamilə fərqli bir Türkiyə ilə qarşılaşdım..."
Rus gözəli çəkilişlər üçün Azərbaycana gəlmək istədiyini deyib:
“Çəkiliş üçün Azərbaycana gəlmək istərdim. Mən orada əvvəllər olmamışam və dostlarımdan çoxlu xoş sözlər eşitdiyim bu gözəl ölkə ilə tanış olmaq mənə inanılmaz dərəcədə maraqlıdır”.