Tarix: 04.11.2024 / 20:46

Türk general İstanbuldakı Kitab Sərgisində Azərbaycan stendini ziyarət edib

"İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi keçirilib və biz də orada iştirak etmişik".

Bu sözləri Diaspora.TV-yə açıqlamasında I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, hərbi ekspert Akif Qasımov deyib.

A.Qasımov bildirib ki, Türk DEGS Mərkəzinin rəhbəri müstafi tümamiral Cihat Yaycı Azərbaycan kitab sərgisinin stendini ziyarət edib:

"Ziyarət zamanı paşamız, ölkəmiz barədə müsbət fikirlərini bildirib və "Azərbaycanı Türk dünyasının qalası və əsas ümidimiz Azərbaycan" olduğunu qeyd edib. Ziyarətin sonunda paşamıza kitab hədiyyəsi təqdim olundu və xatirə şəkli çəkildi".

Şərhlər

Yaz...