Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə Türkiyə Ödəniş və Elektron Pul Qurumları Assosiasiyasının (TÖDEB) ev sahibliyi ilə Finteks Əməkdaşlıq Platformasının imzalanma mərasimi keçirilib.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, sözügedən türk dövlətlərinin Türkiyə mərkəzli "Türk Dövlətləri Finteks İşbirliyi Platforması"nın (TDFP) qurulması istiqamətində göstərilən səylər nəticəsində maliyyə xidməti, elektron pul və fintek sahəsində fəaliyyət göstərən şirkətlərin üzv olduğu dərnəklərlə (İstanbul Anadolu Hakim Evi, Azərbaycan Fintex Dərnəyi (Azfina), Qazaxıstan, Qırğızıstan və Özbəkistan Fintek birlikləri) ilə görüşlər keçirilib və müvafiq sənəd imzalanıb.
İmzalanma mərasimində Türkiyə Ödəniş və Elektron Pul Qurumları Birliyinin (TÖDEB) sədri Ufuk Bilgetekin, Azərbaycan Finteks Dərnəyinin (Azfina) İdarə Heyətinin sədri Ruslan Talıbov və Türkiyə Cumhuriyyəti Maliyyə İdarəsinin sədri Göksel Aşan iştirak edib.
“Türkiyə maliyyə texnologiyaları sahəsində kifayət qədər uğurludur” Türkiyə Ödəniş və Elektron Pul Qurumları Birliyinin (TÖDEB) İdarə Heyətinin sədri Ufuk Bilgetekin, “Bu gün Türk dövlətləri olaraq imza atdığımız tarixi bir gün yaşadıq. Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanda maliyyə texnologiyaları sahəsində əməkdaşlıq platforması yaratdıq, bu protokolla Türk dövlətləri olaraq Finteks ekosistemini bir araya gətirərək qlobal bir güc yaratmağı planlaşdırırıq. Türkiyə artıq maliyyə texnologiyaları sahəsində kifayət qədər uğurludur və əslində bir çox Avropa ölkəsini qabaqlayaraq, yaxın günlərdə bu platformanın bütün ekosistem üçün faydalarını görəcəyik” deyib. Ufuk Bilgetekin, “Biz təcrübələrimizi birləşdirərək, daha sonra maliyyə texnologiyaları sahəsində türk dövlətləri ilə birgə fəaliyyət göstərərək, yarmarkalar, tədbirlər, seminarlar və treninqlər təşkil edərək qlobal güc yaratmaq üçün yola çıxdıq”, - deyə əlavə edib.