Tarix: 11.10.2024 / 14:20
Türk dövlətləri süni intellektlə bağlı əməkdaşlıq    edəcək

Türk dövlətləri süni intellektlə bağlı əməkdaşlıq edəcək

Qırğızıstan prezidenti Sadır Caparovun himayəsi ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Süni İntellekt Forumunda ekspertlər süni intellektlə rəqəmsal transformasiya prosesləri və iqtisadi artımı müzakirə ediblər. Tədbirdə Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Türkiyədən rəsmi şəxslər iştirak ediblər.Tədbirdə mütəxəssislər öz təcrübələrini bölüşüblər.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, Süni İntellekt Forumu dövlət rəsmilərini, süni intellekt sahəsində aparıcı ekspertləri, diplomatları, biznes nümayəndələrini, alimləri və İT ictimaiyyətinin rəsmilərini bir araya gətirib.

Qeyd olunub ki, TDT üzvləri Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyədən rəqəmsallaşmaya cavabdeh qurumların rəsmilərinin iştirak etdiyi forum texnoloji tərəqqiyə, iqtisadi artıma təkan verən və türk dövlətləri arasında süni texnologiya sahəsində əməkdaşlığı gücləndirən mühüm hadisə olub.

Türk Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar forumda xüsusi qonaq qismində iştirak edib. Forumda “Rəqəmsal transformasiyada süni intellektin rolu”, “Süni intellektin tənzimlənməsi və dövlət xidməti”, “İnkişafın süni intellektlə transformasiyası”, “İqtisadi artım üçün süni intellektdən istifadə” mövzusunda sessiyalar keçirilib.

Rəqəmsal inkişaf naziri Nuriyyə Kutnayeva bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sözügedən sahənin inkişaf etidirilməsi baxımından böyük potensiala malikdir.

Şərhlər

Yaz...