Tarix: 14.08.2024 / 19:22
Türk dilində kitabların nəşrinə qadağa gücləndirilib  -  Azərbaycanlı şair

Türk dilində kitabların nəşrinə qadağa gücləndirilib - Azərbaycanlı şair

Azərbaycanlı şair, tərcüməçi və mədəni fəal Saleh Səccadi İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə türk dilində olan kitabların nəşrinə qarşı qadağa və məhdudiyyətləri gücləndirdiyini bildirib.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Səccadi yazıb ki, burada türklərin milli kimlik, dil və mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda, buna qarşı qadağalarında tətbiqi də güclənib.

Azərbaycanlı fəal bildirib ki, xüsusilə son 3 ildə türk dilində olan kitabların nəşrinə qadağa və senzura kəskinləşib.

Saleh Səccadi bununla bağlı həmçinin yazıb:

“Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarix, dil və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər”.



Şərhlər

Yaz...