Tarix: 05.06.2024 / 10:18
Türk diasporu Avropada böyük gücə malikdir  - Faruk Kaymakçı

Türk diasporu Avropada böyük gücə malikdir - Faruk Kaymakçı

Türk diasporu Avropada əhəmiyyətli gücə malikdir və Avropa Parlamentinə (AP) seçkilərdə səs verməklə gələcəklərini dəyişdirə biləcəklərinə inanıram.

Diaspora.TV xəbər verir ki, bu sözləri Türkiyənin Avropa İttifaqındakı daimi nümayəndəsi Faruk Kaymakçı “Anadolu” Xəbər Agentliyinə açıqlamasında deyib.

Seçkilərə təxminən bir həftə qalmış F.Kaymakçı türk ictimaiyyətini siyasi hüquqlarından istifadə etməyə və səs verməyə çağırıb.

“Əhali sayına görə türk icması Almaniya, Fransa, Hollandiya, Belçika və İsveçdə seçkilərin nəticələrinə təsir edə bilər. Türk icmasının nümayəndələrinin seçmək və seçilmək, hüquqlarını qorumaq, ev sahibliyi etdikləri ölkələrə inteqrasiyalarını qorumaq və dinc, firavan AB üçün öz hüquqlarından istifadə etmələri vacibdir”, - deyə Kaymakçı bildirib.

F.Kaymakçı deyib ki, türk toplumu səsvermədə bitərəf qalacağı təqdirdə, gələcəkləri barədə başqalarının qərar verəcəyini qəbul etməlidir:

“Onlar həmçinin nəzərə almalıdırlar ki, Türkiyə Aİ-yə üzv olmaq üçün namizəd ölkədir”.

Almaniyanın “Bild am Sonntag” qəzetinin yanvar ayında Avropa Parlamenti seçkilərində iştirak edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın “Müxtəliflik və Oyanış üçün Demokratik Alyans” (DAVA) adlı bir partiyanın yaradılması ilə bağlı xəbəri Avropa Parlamentində təşvişə səbəb olub. Bir çoxları bunu Ərdoğanın oradakı türk əhalisinə təsirini genişləndirmək cəhdi kimi şərh edir.

Bəzi alman siyasətçiləri yeni partiyanın ölkədə müxtəlif dini və etnik qruplar arasında parçalanmaları daha da artıracağından və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası kimi başqa bir radikal partiya olacağından narahatlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, yeni partiya həm də Ərdoğanın oradakı türk əhalisi üzərində təsirini artıracaq və onun gündəmini təbliğ edəcək.

DAVA-nın sədri və həmtəsisçisi Teyfik Özcan və DAVA-nın digər həmtəsisçisi və sədr müavini Fatih Zingal o zaman BBC-Türkcəyə bildiriblər ki, yeni partiya yalnız Almaniyadakı türk köklü insanlara deyil, bütün dini və etnik azlıqlara müraciət edəcək. Onlar Ərdoğan və onun Ədalət və İnkişaf Partiyası (AKP) ilə hər hansı əlaqəni inkar edirlər. DAVA rəsmiləri həmçinin partiyanın Türkiyə hökuməti tərəfindən maliyyələşdirilməsi ilə bağlı iddiaları rədd edib.

DAVA rəhbərlərinin Ərdoğan və AKP-dən uzaqlaşmaq cəhdlərinə baxmayaraq, onlar Türkiyə prezidentini açıq şəkildə dəstəkləməkdən yayınmırlar. Məsələn, DAVA-nın sədr müavini Fatih Zingar Ərdoğanla Almaniya kansleri Olaf Şolzun Ərdoğanla görüşü zamanı X-də tvit yazıb. Noyabr ayında Ərdoğanın Berlinə səfəri zamanı açıq şəkildə Ərdoğanı “çox inamlı, birbaşa, Qəzza və İsraillə bağlı tələblərini və mövqeyini geri çəkmədən çox dəqiq ifadə edən”, Şoltsu isə “olduqca tərəddüdlü, danışanda kağızdan, münaqişələrdən qaçan və danışmayan” kimi xarakterizə edib.

Qeyd edək ki, gələn həftə Avropada keçiriləcək seçkilərdə 27 ölkədə 360 milyona yaxın insan səsvermə hüququ qazanacaq. Avropa Parlamentinin üzvləri üçün səsvermə bütün Avropa İttifaqı üzrə iyunun 6-dan 9-dək keçiriləcək.

Hollandiyalılar seçkiyə iyunun 6-da start verəcəklər. Onları iyunun 7-də İrlandiya, ertəsi gün isə Latviya, Malta və Slovakiya izləyəcək. Çexiya və İtaliya iki gündə səs verəcəklər: müvafiq olaraq 7-8 iyun və 8-9 iyun. Aİ-nin qalan ölkələrində seçkilər iyunun 9-da keçiriləcək.

Avropa Parlamentinə minlərlə namizəd arasından ümumilikdə 720 deputat seçiləcək. Bu, son seçkilərlə müqayisədə daha az deputatdır, çünki qismən Böyük Britaniyanın 2020-ci ildə Aİ-dən çıxması səbəbindən parlamentdə say azaldı.

Türk diasporu bütün Avropa ölkələrinə yayılıb və təkcə Almaniyada 3 milyondan çox türk yaşayır.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...