Türk aktyor Ali Sunal azərbaycanlı xanımı Nazlı Qurbanzadə ilə bağlı paylaşım edib.
Diaspora.TV xəbər verir ki, o paylaşımda həyat yoldaşının ad günü olduğunu bildirib:
“Yaxşı ki, doğuldun, yaxşı ki, anamız oldun, həyatımın şansı, gözəl yol yoldaşım. Səni çox sevirik. Tort üçün üzürlü say. Amma bil ki, yer aldığımız məkanda ən yaxşısı idi. Hörümçək adamla doğum günümü qeyd etmədim, deməzsən”, - deyə o bildirib.
Qeyd edək ki, Ali Sunal, “Şaban” ləqəbi ilə məşhurlaşan Kemal Sunalın oğlu, Nazlı Qurbanzadə isə Türkiyədə daha çox yuxarı təbəqənin tanıdığı Bülənt Qurbanzadənin qızıdır.