“Səudiyyə Ərəbistanında çoxlu azərbaycanlı yaşayır. Hər birimiz ayrı-ayrılıqda Azərbaycanı təmsil edirik. Bu istiqamətdə layihələr, tədbirlər həyata keçiririk”.
Bu sözləri Diaspora.TV -yə açıqlamasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yaşayan soydaşımız, diaspor fəalı, həkim Mehriban Məmmədli deyib. Onun sözlərinə görə, həmvətənlərimizin vətəndən uzaqda bir bayraq altında birləşməyi dövlətin gücünə əlavə güc qatır:
“Hesab edirəm ki, Azərbaycanı tanıtmaq üçün müxtəlif sərgilər təşkil olunmalıdır. Bu sərgilərdə xalçalarımızı, əl işlərimizi, milli mətbəximizi tanıtmalıyıq. Eyni zamanda Qarabağ haqqında qısametrajlı filmlər çəkilib telekanallarda yayımlansa, çox yaxşı olardı”.
M.Məmmədli əlavə edib ki, Azərbaycanın yüksək səviyyədə tanıdılması xaricdəki azərbaycanlıların Vətən borcudur:
“Turizmin inkişafı üçün xaricdə yaşayan azərbaycanlılar bir vasitədir və böyük rol oynaya bilərlər. Lakin siravi vətəndaşlar Diasporla İş üzrə Dövlət Komitəsinin yardımı olmadan heç bir iş görə bilməzlər. Əfsuslar olsun ki, ermənilərə baxanda diaspor sahəsində çox zəifik”.
Xəyalə Zöhrab
Diaspora.TV