Tarix: 12.06.2024 / 15:03
Turan ölkələrinin maraqlarını təmsil edirik   - “Turan Center”in rəhbəri

Turan ölkələrinin maraqlarını təmsil edirik - “Turan Center”in rəhbəri

“2006-cı ildən Kanadada yaşayıram və bura gəldiyim ilk gündən Azərbaycan həqiqətlərinin tanıdılması üçün var gücümlə çalışıram”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında “Turan Center”in rəhbəri Kəmalə Həsənova bildirib.

Müsahibimiz əlavə edib ki, bir sıra sərgi və konfranslarda iştirak edərək eksponatlarımızı nümayiş etdirmişik:

“Eyni zamanda, bir sıra tədbir və festivallar təşkil etmişik və bu tədbirlərdə burada yaşayan soydaşlarımız da fəal iştirak edib. “Turan Center” 10 ildən çoxdur ki, fəaliyyət göstərən “Turan Finansial”ın nəzdində yerləşir. Mərkəzimizdə Azərbaycan çayından tutmuş vətənimizi təmsil edən hər bir eksponatı tapa bilərsiniz. Fəaliyyətimiz bütün Turan ölkələrinin mədəniyyət və maraqlarını təmsil edir və bu ölkələrdən gələn hər bir türk mərkəzimizin xidmətlərindən istifadə edə bilir”.

K.Həsənova qeyd edib ki, mərkəzləri Ontarionun London şəhərində yerləşən millət vəkilləri və şəhərin öndə gedən insanları ilə ara-sıra görüşlər keçirib:

“Onlara Azərbaycan və Turan haqqında məlumatlar veririk. Əgər keçmişdə bu məlumatlar Qarabağ münaqişəsi haqqında idisə, indi bu, Azərbaycanın dünyaya açılması, Qarabağın bir cənnətə çevrilməsi və milli dəyərlərimiz barəsindədir. İndiyə qədər bir çox insana dəstək olan mərkəzimiz, yaxın günlərdə Göytürk əlifbasının gənclərimizə öyrədilməsi və gələcək nəsillərə ötürülməsi üçün siniflər açmağı və tədrisə başlamağı planlaşdırır”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...