Tarix: 04.11.2024 / 20:12

Turan Manafzadə Türk səfirliyinin tədbirində fortepianoda konsert verdi

Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə İngiltərənin paytaxtı Londonda tədbir keçirilib.

Diaspora.TV xəbər verir ki, Türkiyə və Böyük Britaniyanın dövlət himninin oxunması ilə başlayan tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti nümayiş etdirilib.

Səfir Osman Koray Ertaş Respublika bayramının Ankarada törədilən terror aktı səbəbindən kədərlə qarşılandığını bildirib.

Londonda yaşayan azərbaycanlıların da qatıldığı tədbirdə Azərbaycanın Əməkdar artisti, dirijor, pianoçu Turan Manafzadə qonaqlara fortepianoda konsert verib.

Şərhlər

Yaz...