Tarix: 17.12.2024 / 16:23
Turan Manafzadə tələbələrə    “Türkiyə 100” himnini  oxuyub

Turan Manafzadə tələbələrə “Türkiyə 100” himnini oxuyub

Azərbaycanın Əməkdar artisti, Turan Manafzadə Geliboluda 26 Kasım İbtidai Məktəbinin şagirdləri ilə görüşüb.

Diaspora.TV xəbər verir ki, Gelibolu 26 Kasım İbtidai məktəbində şagirdlərlə bir araya gələn Turan Manafzadə Cümhuriyyətin 100 illiyi üçün bəstələdiyi “Türkiyə 100” marşını böyük coşqu ilə ifa edib.



Gelibolu məktəbində keçirilən tədbirdə T.Manafzadə şagirdlərin çıxışlarını izləyib.

"Cümhuriyyətimiz davamlı olsun. Türkəm deyən nə xoşbəxtdir",- deyə T.Manafzadə bildirib.

Sənətçi pianonun müşayiəti ilə keçən il Aşık Veysəl ili olduğu üçün “Uzun İnce Bir Yoldayım”, “Nazende Sevgilim” və “Çanaqqala türküsü” mahnılarını səsləndirib.

Şagirdlər əllərində Türkiyə və Azərbaycan bayraqları ilə sənətçini müşayiət ediblər. Tədbirdən sonra məktəblilərin böyük marağına səbəb olan T.Manafzadə onlarla xatirə şəkli çəkdirib.

Tədbirin sonunda rayon valisi Bəkir Abacı və bələdiyyə sədri Əli Kamil Soyuak T.Manafzadəyə təşəkkür edib, gül dəstələri təqdim ediblər.



Tədbirdən sonra T.Manafzadə Hacı Paşaoğlu İsgəndər bəy tərəfindən 1407-ci ildə Fənərüstü məhəlləsində tikdirilmiş Azepler Namazgahı və Mövləvixananı ziyarət edib və Geliboluya gəlişindən çox xoşbəxt olduğunu bildirib.

T.Manafzadə Çanakkalede Azərbaycan və Türk şəhidliyini də ziyarət edib. Ziyarət zamanı onu müşahidə edən əsgər (vaxtilə Azərbaycanda xidmət edib) 2001-ci ildə Azərbaycandan - Türk şəhidliyindən gətirdiyi torpağı T.Manafzadəyə təqdim edib. T.Manafzadə də öz növbəsində həmin torpağı oradakı Azərbaycan şəhidliyinə səpib.





Şərhlər

Yaz...