Turan Manafzadə bu gəlirini şəhid ailələrinə xərcləyəcək - Foto/Video
“Çox istəyərdim ki, dizayn edib, istehsal etdiyimiz köynəklərdən qazandığım gəlir xeyirxah bir yolda xərclənsin”.
Diaspora.TV xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan soydaşımız, Əməkdar artist, dirijor, pianoçu Turan Manafzadə deyib.
T.Manafzadənin sözlərinə görə, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “TURKEY100” himnindən sonra sosial məsuliyyətin davamlılığı baxımından bu ideyanı reallaşdırmaq qərarına gəlib:
“Bu köynəklərin satışından əldə olunan gəlirin bir hissəsi zəlzələdə zərər çəkənlərə, bir hissəsi isə şəhid ailələrinə veriləcək. Öncədən dəstək olan hər kəsə təşəkkür edirəm. İstəyənlər, məhsulun yazılı qiymətindən daha yüksək ianə edə bilərlər”.
Qeyd edək ki, ianələr T.Manafzadəyə məxsus rəsmiinternet saytıüzərindən edilə bilər.