Tarix: 08.08.2024 / 18:05
Tümendə zərgərlik mağazasını qarət etdi,   Azərbaycanda gizləndi

Tümendə zərgərlik mağazasını qarət etdi, Azərbaycanda gizləndi

Rusiyanın Tümen vilayətində 2013-cü ildə zərgərlik mağazasına edilən quldurluqla bağlı cinayət işinə baxılacaq. İstintaqın məlumatına görə, şübhəlilər Melnikayte küçəsində yerləşən mağaza - emalatxanaya silahlı basqın ediblər.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işi çərçivəsində 36 yaşlı Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

2013-cü ilin iyul ayında təqsirləndirilən şəxs iki ortağı (onlardan biri 2015-ci ildə törədilmiş eyni cinayətə görə təqsirli bilinmişdi) ilə birlikdə ov tüfəngi və pnevmatik tapança ilə silahlanaraq Tümen şəhərinin Melnikaite küçəsi, 96 ünvanında yerləşən zərgərlik mağazasına gəlib. Təqsirləndirilən şəxs rahat qaçışı təmin etmək üçün avtomobildə gözləyib, iki ortağı isə mağazaya girib və satıcıları silahla hədələyərək açıq şəkildə 1,6 milyon rubl dəyərində qızıl-zinət əşyalarını oğurlayıb, sonra hadisə yerindən qaçıblar.

Bununla belə, 2014-cü ilin may ayına qədər cinayətin üstü açılmayıb və azərbaycanlı olduğu iddia olunan iştirakçılardan biri Azərbaycana qaçaraq orada gizlənib. Artıq cinayət işi məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxslər quldurluqla yanaşı, qanunsuz azadlıqdan məhrumetmə (127-ci maddə) və özbaşınalıq maddələri (330-cu maddə) ilə də ittiham olunub. İndi cinayətkarları 8 ildən 15 ilədək həbs, həmçinin bir milyon rubla qədər cərimə gözləyir.



Şərhlər

Yaz...