Tarix: 28.06.2024 / 13:08
Tümendə və Surqutda yaşayan soydaşlarımıza   şad xəbər

Tümendə və Surqutda yaşayan soydaşlarımıza şad xəbər

“Utair” Tümen və Surqutdan Azərbaycana uçuşların sayını artırıb.

Diaspora.TV xəbər verir ki, bu barədə sözügedən aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Rusiyaya məxsus “Utair” aviaşirkəti Azərbaycanın paytaxtı Bakıya Tümen və Surqutdan (Xantı-Mansiysk Muxtar Dairəsi, Xantı-Mansiysk Muxtar Dairəsi-Yuqra) reyslərin sayını artırıb.

Tümen-Bakı reysləri həftədə iki dəfə, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Təyyarələr Surqutdan Bakıya isə həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri uçacaq.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində “Utair”in xidmətlərindən təxminən 2,6 milyon sərnişin istifadə edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.

Şərhlər

Yaz...