Tarix: 15.07.2024 / 20:40
Tümendə qəfil  miqrant basqını

Tümendə qəfil miqrant basqını

Tümendə hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi məqsədilə əcnəbi vətəndaşların kütləvi olduqları yerlərdə reydlər keçirirlər.

Diaspora.TV Rusiya KİV-nə istinadla xəbər verir ki, 2024-cü ilin əvvəlindən 45 mindən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs miqrasiya orqanlarında qeydiyyata alınıb, 2000-dən bir qədər çox insan isə yaşayış yeri üzrə qeydiyyatdadır, 15 minə yaxın əcnəbi miqrasiya qeydiyyatından çıxarılıb.

Hazırda Tümen şəhərində 20 minə yaxın xarici vətəndaş qeydiyyatdadır. Əsas miqrant axını Tacikistandan gəlir. Sonrakı yerlərdə Özbəkistan, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Ermənistan və Ukraynadır.

Qeyd edək ki, Dövlət Duması əcnəbi vətəndaşın Rusiyadan çıxarıla biləcəyi səbəblərin siyahısını genişləndirib. Hazırda Tümendə əcnəbilər tərəfindən Rusiya Federasiyasına giriş və qalma qaydalarının yüzlərlə pozulması faktı müəyyən edilib. Bundan başqa, digər dövlətlərin vətəndaşlarının kütləvi qeydiyyatının aparıldığı 230-dan çox ünvan müəyyən edilib.

Şərhlər

Yaz...