“Hesab edirəm ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp miqrantlarla bağlı ciddi addımlar atmağa məcbur olacaq".
Bu sözləri Diaspora TV-yə açıqlamasında Amerikada yaşayan azərbaycanlı jurnalist, siyasi şarhçi Zaur Bayramlı deyib.
Onun sözlərinə görə, Baydenin hakimiyyəti dönəmində qeyri-qanuni miqrantların ölkəni ələ keçirməsi səbəbindən qarşısı alınmayacaq problemlər yarandı.