ABŞ- nin yeni seçilmiş prezidenti Donald Tramp 1 milyona yaxın qanunsuz miqrantı ölkədən çıxarmaq niyyətindədir.
Diaspora.TV xəbər verir ki, bu barədə “Bloomberg” Trampın müşavirlərinə istinadən məlumat yayıb.
Tramp cinayət törətmiş və ya sığınacaq verilməsindən imtina edildikdən sonra deportasiya ilə bağlı yekun qərarı olan sənədsiz miqrantların deportasiyasını hədəfləyir.
Bildirilib ki, yeni seçilmiş prezidentin keçid komandası artıq Meksika və El Salvador hökumətlərindən deportasiya edilən miqrantları qəbul etməyi xahiş edib.