Tarix: 24.10.2024 / 10:23
Tramp erməni diasporuna necə yarındı?   - FOTO

Tramp erməni diasporuna necə yarındı? - FOTO

ABŞ-dəki son sorğular prezidentliyə namizəd Trampın qələbəsi ilə bağlı yaxşı proqnozlar vəd etmir. Məhz bu səbəbdən Tramp axırıncı yol kimi ermənilərə yenidən yarınmağı seçib. O, “X” platformasındakı hesabında rəqibi Kamala Harrisi ermənilərə kömək göstərməməkdə ittiham edib.

Diaspora.TV xəbər verir ki, son vaxtlar Türkiyə əleyhinə ritorikası ilə seçilən, miqrantlara qarşı antipatiyasını gizlətməyən Tramp erməni seçicilərinin səsini qazanmaqdan ötrü onların müdafiəçisi donuna girib. Onun ermənilərə verdiyi vədlər, əslində, açıqdan-açığa xristian təəssübkeşliyi, islamofobiyadır. Tramp Qarabağı “artsax” kimi qələmə verib. Üstəlik, 120 min erməninin Qarabağdan zorla köçürüldüyünü bildirib.

"Kamala Harris 120.000 erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və “Artsax”dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib edilən xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandırmağa çalışacam, Ermənistanla Azərbaycan arasında sülh yaradacam", - deyə Tramp bildirib.





Şərhlər

Yaz...