Tarix: 15.08.2024 / 10:29
Tramp qeyri-qanuni miqrantlar səbəbindən ABŞ-da cinayət epidemiyası   elan edib

Tramp qeyri-qanuni miqrantlar səbəbindən ABŞ-da cinayət epidemiyası elan edib

ABŞ administrasiyasının uğursuz immiqrasiya siyasəti ölkədə cinayət epidemiyasına səbəb olub.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.

Siyasətçi qanunsuz miqrantlar tərəfindən törədilən cinayətlərin epidemiya miqyasına çatacağı barədə xəbərdarlıq edib.

O, miqrantları ABŞ-ın vitse-prezidenti Kamala Harris tərəfindən ölkəyə buraxılan “qəddar, rəzil, pis” insanlar adlandırıb.

Tramp vurğulayıb ki, ABŞ-da qeyri-qanuni miqrantlar olmamalıdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens ölkədən bir milyon qeyri-qanuni miqrantın deportasiya edilməsini təklif etmişdi .



Şərhlər

Yaz...